ABŞ Konqresinə İrana qarşı sanksiyaların artırılması üçün qanun layihəsi təqdim ediləcək.
Axar.az xəbər verir ki, demokratlar və respublikaçılar Ağ Evin xəbərdarlığına baxmayaraq sanksiyaların artırılmasına hazırlıq görürlər.
Senatın Xarici Əlaqələr Komitəsinin sədri, senator Bob Korker Obama rəhbərliyinin aparılan nüvə danışıqlarında İrana qarşı kifayət qədər sərt mövqe tutmayacağından narahat olan senatorların yeni qanun layihəsi hazırlayacaqlarını bildirib.
Korker bu həftə İrana qarşı sanksiyalar barədə iclas keçiriləcəyini açıqlayıb.
Respublikaçı senator Mark Kirk və demokrat senator Robert Menendez İrana qarşı ən sərt sanksiyaların siyahıya salındığını və son hazırlıq işlərinin getdiyini bildiriblər.