İngilislər Avropanı Qarabağa səsləyir - Konflikt

15-01-2015, 20:42   
İngilislər Avropanı Qarabağa səsləyir - Konflikt

“Qardian”ın 10 yanvar buraxılışında yayımlanan və Dağlıq Qarabağın da yer aldığı məqalə rəsmi Bakını hərəkətə gətirib.

Axar.az yada salır ki, məqalədə 2015-ci ilin ən görməli yerlərinin siyahısı verilib və həmin siyahıda Dağlıq Qarabağ da yer alır. Bundan başqa, Dağlıq Qarabağ Azərbaycan ərazisi kimi yox, “müsəqillik elan etmiş” ayrıca respublika kimi göstərilib:

“1991-ci ildə (əksər dövlətlərin qəbul etmədiyi) müstəqilliyini elan edən Dağlıq Qarabağ Ermənistan və Azərbaycan sərhədində yerləşir. Əsrarəngiz təbiətə malik olan bu ərazilər dağlıq zonalar sayılır və tarixi abidələr, monastr, arxeoloji qazıntılar, mağaralarla zəngin təbii gözəllikləri var. Uçuşlar daxil 1590 avrodan başlayaraq 11 günlük istirahət etmək imkanınız var. Tur Dağlıq Qarabağda başlayır və 7 gün davam edir. Daha sonra Ermənistanın paytaxtı Yerevanla bitir. Sən təxminən 225 avroya Vyana, ya da Kiyevə gedə bilərsən. Lakin bu fürsəti İngiltərə səfirliyinin dəstəyi ilə təmin etmək daha yaxşıdır”.
Bu məqalə dərc olunduqdan sonra rəsmi Bakı Xarici İşlər Nazirliyi səviyyəsində münasibət bildirdi. Bu gün isə ölkəmizin Böyük Britaniyadakı səfiri Tahir Tağızadənin "Qardian"a göndərdiyi məktub bu qəzetdə dərc olunub.

Səfir məktubda Ermənistanın işğal etdiyi Dağlıq Qarabağın qəzetin saytında yerləşdirilmiş 2015-ci ilin ən əyləncəli turizm mövsümü üçün ən yaxşı istiqamətlərin siyahısına daxil edilməsi ilə bağlı narazılığını bildirib:

“Qəzetin Dağlıq Qarabağı 2015-ci ilin ən əyləncəli turizm mövsümü üçün ən yaxşı istiqamətlərin siyahısına daxil etməsi Azərbaycan xalqına qarşı çox böyük hörmətsizliyin təzahürüdür. Hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir. Ermənistanın işğal etdiyi 2015-ci ilin ən yaxşı turizm istiqamətlərinin siyahısına Dağlıq Qarabağın əlavə edilməsi təcavüzkarı başqa dövlətin ərazisinin sonrakı işğalına həvəsləndirir və yüzlərlə, minlərlə qaçqının və məcburi köçkünün faciəsinə qətiyyən məhəl qoymadığını göstərir. Bu, işğalı qanuniləşdirməyə cəhd edən separatçı rejimə sərf edir. “Qardian”ın bu yaxınlarda postsovet məkanındakı separatçı rejimlərə münasibəti məmnunluq doğurur, lakin istərdik ki, qəzet bu mövqeyini Azərbaycanla bağlı da qoruyub saxlasın. Azərbaycan Xarici İşlər Nazirliyi Dağlıq Qarabağa və Azərbaycanın ona bitişik işğal edilmiş rayonlarına istənilən turizm səfərlərinin yolverilməz olduğunu bildirir. Qəzet Dağlıq Qarabağı "turizm istiqaməti" kimi təbliğ edərək ictimaiyyəti yanıldır və ola bilsin ki, bununla onların həyatlarını təhlükə altına qoyur. Bundan başqa, işğal edilmiş Dağlıq Qarabağa baş çəkməyə cəhd edənlər gələcəkdə Azərbaycanın başqa rayonlarına səfər edə bilməyəcəklər".

Bildirək ki, Avropada yaşanan qarayaxma təbliğatı əsassız deyil. Qarşıdan gələn yay mövsümündə Qarabağa turist axınını təmin etmək məqsədilə yayılan reklam xarakterli informasiyalar işğal olunmuş torpaqların avropalı turistlərin əsas istirahət məkanına çevrilməsinə zəmin yaradır.

Dağlıq Qarabağa və Azərbaycana qarşı bu münasibət təkcə “Qardian”ın yazdığı məqalə ilə bitmir. Rusiyanın “5-ci kanal” adlanan TV-sində efirə gedən verilişdə 20 Yanvar faciəsi və Ermənistan-Azərbaycan münaqişəsinin əsl mahiyyəti də təhrif edilib.

XİN Azərbaycanın Rusiya Federasiyasındakı diplomatik nümayəndəlikləri tərəfindən məsələ ilə əlaqədar kanalın rəhbərliyinə Azərbaycan tərəfinin narazılığını çatdıraraq Rusiyanın müvafiq dövlət qurumlarına müraciət ediləcəyini bildirir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.