Şok hesabat: Ruslar ölkəni tərk edir

15-01-2015, 23:29   
Şok hesabat: Ruslar ölkəni tərk edir
2014-cü ildə Finlandiya vətəndaşlığını almış əcnəbilərin əksəriyyəti rusiyalı olub.

Axar.az Finlandiya Miqrasiya Xidmətinin saytına istinadən xəbər verir ki, ötən il bu ölkəyə axın edən ölkələr arasında Rusiya birinci yer tutur.

Rusiyadan başqa Somali, İraq, Sudan, Konqo və Suriya vətəndaşları da pənah gətirənlər sırasındadır.
Xidmətdən bildiriblər ki, ötən il ümumilikdə 8,5 min əcnəbi bu ölkənin vətəndaşlığını qəbul edib. Onlardan 2,3 mini rusiyalıdır.

Bundan başqa, rəsmi Helsinki 1,3 min əcnəbiyə siyasi sığınacaq verib.

Qurum bu il də Finlandiyaya gələn rusların sayında artım olacağını proqnozlaşdırır. Qərb ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar, rublun dəyərdən düşməsi və ölkənin beynəlxalq arenada siyasi gərginlik mərkəzinə çevrilməsi rusların kütləvi şəkildə ölkəni tərk etməsinə zəmin yaradır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.