Moskvada fəaliyyət göstərən "AzerRos" təşkilatının Federal Şurasının iclası keçirilib. Musavat.com xəbər verir ki, iclasda çıxışlar Abbas Abbasova və onun təşkilatdakı adamlarına qarşı yönəlib.
Şuranın üzvü Nizami Bəşirov "AzerRos"un fəaliyyətindən danışarkən bildirib ki, Federal Şuranın sədri Mehriban Sadıqovanın əməlləri təşkilatın nizamnaməsi ilə ziddiyyət təşkil edir. Onun sözlərinə görə, Mehriban Sadıqova Federal Şuranın yox, Ağsaqqallar Şurasnın sədri Abbas Abbasovun göstərişlərini yerinə yetirir.
Nizami Bəşirov bəyan edib ki, Abbas Abbasov Azərbaycan vətəndaşıdır və "AzerRos"un Ağsaqqal Şurasına rəhbərlik etmək hüququ yoxdur.
Çıxışdan sonra Abbas Abbasovanın adamı kimi tanınan Mehriban Sadıqovanın Federal Şuranın sədri vəzifəsindən uzaqlaşdırılması təklifi səsə qoyulub və qəbul edilib. Qərarın əleyhinə yalnız "AzerRos"un vitse-prezidenti Yusif Xıdırov səs verib. Federal Şuranın sədri vəzifəsinə Nizami Bəşirov seçilib.
Qeyd edək ki, iclas Abbas Abasovun iştirakı olmadan keçirilib. O, yanvarın 17-də "AzerRos"un qurultayının keçirilməsinə qarşı çıxır.
Musavat.com