Rusiya suergücdürmü? (TƏHLİL)

16-01-2015, 01:16   

“Rusiya Federal Miqrasiya İdarəsinin açıqladığı məlumata görə, bu ilin yanvar ayında Rusiyaya gələn xaricilərin sayı keçən ilə nisbətdə 70% azalıb”
“2015-ci ildə neft ve təbii qaz qiymətlərinin iki dəfə düşməsi nəticəsində Rusiyanın valyuta gəlirlərinin 150-180 miyard dollar səviyyəsində azalacağı təxmin edilir”



Bu günlərdə Rusiya hökuməti və Rusiya cəmiyyəti nəfəsini tutaraq neftin durmadan düşən qiymətiləəlaqədar dünya birjalarındangələn xəbərləri sanki cəbhə xəttindən gələn xəbərlər kimi izləməyə davam edir. Fəqət bu xəbərlər nə mövcud höküməti, nə də cəmiyyəti sevindirəcək və sakitləşdirəcək xəbərlər deyil. Çünki hər keçən gün Rusiya iqtisadiyyatı və Rusiya valyuta ehtiyatlarının mənbəyini təşkil edən neftin qiyməti daha da aşağı düşür. Neftin qiymətinin düşməsi ona bağlı olan təbii gaz qiymətlərini də aşağıya doğru çəkir. Bu durum Rusiya iqtisadiyyatını tam bir fəlakətin eşiyinə daşıyır. Ötən il noyabırın 21-də Rusiya Federasiyası Dövlət Duması dövlət budcəsində neftin qiyməti son beş illik ortalama qiyməti əsasında 96 dollar olaraq götürülüb. 1 Amerika dollarının kursu isə 37,5 rubl olaraq hesablanıb.

Rusiyanın 2015-ci ildə Ümumi Daxili Məhsulun (ÜDM)dəyəri 77 498,00 milyard rubl olacağı ve inflayasiyanınsa 5,5% səviyyəsini aşmayacağı nəzərə alınaraq budcənin gəlir qismi 15 082,4 milyard, gedər qismi 15 513,1 milyard və əlavə neft ve təbii qazdan əldə ediləcək gəlirlərsə 344,3 milyardolaraq hesablanıb. Bu səbəbdən 2014-cü ilin büdcəsindən fərqli olaraq 2015-ci ilin büdcəsində 430,7 milyard rubl, yəni ÜDM-nin 0,6% səviyyəsində budcə açığı (defisiti) gözlənilməkdədir.

Rusiya Federasiyası Büdcə Kodeksinə göre əlavə neft və təbii qaz gəlirləri neftin təməl qiyməti ilə onun təxmin edilən qiyməti arasındakı fərqdən doğan gəlirlər olub, ölkənin ÜDM-un 7% seviyyəsində nəzərdə tutulan ehtiyat (rezerv) fonduna yöneldilir. Amma durmadan düşən neft qiymətləri sanki 2015-ci ildə Rusiya üçün sadəcə əlavə neft və təbii qaz gəlirləri deyil,eyni zamanda budcənin gerçkləşdirilməsini belə çox böyük təhlükə altına almış olacaqdır. Bununla əlaqədar olaraq Rusiya dövlət büdcəsi rəsmi şəkildə qəbul edildikdən sonra həm Maliyə Nazirliyi, həm dəMərkəz Bankı neftin 2015-ci ildə təxmin edilən qiymətini bir nəçə dəfə təkrar gözdən keçirmək məcburiyyətində qaldılar. 2014-cü il dekabır ayının sonunda Maliyə naziri Anton Siluanov2015-ci il dövlət budcəsinə, neftin təxmin edilən ortalama qiymətinin1 barel üün 60 dollar ve 1 Amerika dollarınınsa 51 rubl olarak nəzərdə tutan bir düzəliş hazırlandığını bəyan etdi. Bu düzəlişdəki təxminlərdən yola çıxılarsa 2015-ci ildə Rusiyada infilyasiya 5,5% deyil, 10%, ÜDM isə 4,5-4,7% azalmış olacaqdır. Belə bir şəraitdəysə dövlət büdcəsi açığı ÜDM-un 4% səviyyəsinə yüksələcəkdir.

“Rusiyanın onsuz da parlaq olmayan iqtisadiyyatının dərin böhrana qərq olması sadcə neft qiymətlərinin düşməsiylə izah edilə bilməz. Rusiyanı iqtisadi böhrana sürükləyən onun lideri Vladimir Putinin son dərəcə uğursuz ve macəraçı Ukrayna siyasəti oldu”


2015 il həm Rusiya höküməti, həm də Rusiya vətəndaşları üçün tam bir kabus kimi başladı. Neft qiymətlərinin 46 dolların altına düşməsi ve bu fonda Rusiya pul vahidi rublun iki gün ərzində Amerika dolları qarşısında 10%-dən çox dəyər itirməsi 12 günlük uzun sürən Yeni il bayram tətilinin ardından işə başlayan rusları və Rusiyada çalışan xarici firmaları gələcəkdən ümüdsüzləşdirməyə başladı. Bu hal işçi miqrasiyasını da çox ciddi bir şəkildə öz təsiri altına aldı. Rusiya Federal Miqrasiya İdarəsinin açıqladığı mə’lumata görə bu ilin yanvar ayında Rusiyaya girən xaricilərin sayı keçən ilə nisbətdə 70% azalıb.



Rusiya iqtisadiyyatını yaxından izləyən dünya maliyyə ve dərəcələndirmə qurluşları sürətlə dəyişən şərtlər çərçivəsindəhər həftə yeni təxminlər hazırlayırlar. Keçən həftə sonu beynəlxalq dərəcələndirmə agentliyi FITCH RATINGS Rusiyanın suveren kredit dərəcəsini BBB səviyyəsindən neqativ təxminli BBB – səviyyəsinə endirdi. Digər beynəlxalq dərəcələndirmə qurluşu S&P isə Rusiyanın suveren kredit dərəcəsini hələ keçən ilin aprelində aşağı çəkərək, Rusiya mətbuatının təbirincə desək, “zibil” səviyyəsinəqədər endirmişdi. Bu qurluşlar eyni zamanda Rusiyanın Qazprom, Rosneft, Lukoil, Novatek və digər nəhəng şirkətlvrinin də kredit dərəcələrinin təkrar gözdən keçirəcəklərini bəyan edir. Belə bir addımsa bu şirkətlərin səhmlərinin ucuzlaşması ve nəticədə onların bazar dəyərinin düşməsine yol açır. Keçən ilin noyabr ayının əvvəlində yuxarıda adı çəkilən şirkətlər daxil Moskva birjasında satılmaqda olan bütün Rusiya şirkətlərinin toplam dəyəri 493 milyard USD səviyyəsinə qədər endi. Müqayisə üşün deyək ki, MAC kompüter şirkətinin səhmlərinin dəyəri 670 milyard dollardır. Eyni zamanda bu qərəm ABŞ-ın Apple firmasının dəyərindən 36% azdır. Bu müqayisələr Rusiya iqtisadiyyatının hansı səviyyələrə düşməsinin parlaq nümunəsidir.

Digər bir tərəfdən Rusiya iqtisadiyyatına olan inamsızlıq ölkədən xaricə kapıtal çıxışını sürətləndirir və ölkəyə yeni kapital yatırımlarının qarşısını alır. Sadəcə keçən ilin ilk 3 ayı ərzində Rusiyadan xaricə çıxarılan kapitalın toplam miqdarı 57 milyard dollarolub. Rusiya Federasiyası Mərkəz Bankının məlumatına görə, 2014-cü ildə ölkədən çıxardılan kapitalın toplam həcm 134 milyard dollar idi.

2013-cü ilin göstəricilərinə görə, dünyanın ilk 10 böyük ixracatçıları sırasında illik ixracat həcmi 515 milyard dollar olan Rusiya 8-ci sırada yer almaqda idi. Rusiyanın ixracatının 72% neft ve təbii qaz təşkil edirdi. Bu o deməkdir ki, Rusiya ixracatında yer alan məhsulun 72% əlavə dəyəri olmayan mallardır. Moskva vilayəti qədər əraziyə sahib olan ve illik ixracat həcmi 551 ve 558 milyard dollar olan Hollandiya ve Cənubi Korea isə Rusiyadan öndə - 7-ci və 6 sırada yer almaqdadırlar. Şəhər dövləti olan Singapur ve Çin Xalq Respublikasının özəl bir əyaləti Hong Kong isə Rusiya ixracatının 70-75% qədər ixracata sahibdirlər. Bu ölkələrin çox böyük ixracat həcminə sahip olması onların ixracatında yüksək texnologiya məhsullarının, yəni əlavə dəyər payının çox yüksək olmasıyla izah edilir.

2015-ci ildə neft ve təbii qaz qiymətlərinin iki dəfə düşməsi nəticəsində Rusiyanın valyuta gəlirlərinin 150-180 miyard dollar səviyyəsində azalması təxmin edilir. Bu halda Rusiya dünyanın 10 böyük ixracatçıları sıarsını tərk edəcək. Ekspertlər onu da bildirir ki, bu durum iqtisadiyyatdakı böhranı daha da dərinləşdirəcək.



Əcəba, neft qiymətlərin yüksəlməsi xəstə yatağında ağır nəfəs alan Rusiya üçün bir dərman, bir məlhəm ola bilərmi? Fikirimcə, Rusiyanın onsuz da parlaq olmayan iqtisadiyyatının dərin böhrana qərq olması sadcə neft qiymətlərinin düşməsiylə izah edilə bilməz. Rusiyanı iqtisadi böhrana sürükləyən onun lideri Vladimir Putinin son dərəcə uğursuz ve macəraçı Ukrayna siyasəti oldu. Krımı ilhaq etməsi ve arxasından Ukraynanın güney-doğusunda oyuncaq Donetsk ve Luqansk Xalq Respublikaları yaradaraq bölgədə bir savaş çıxartmasının ardındanbaşda ABŞ olmaqla Avropa Birliyi, Kanada, Yaponya və Avstraliya Rusiyaya qarşı yumuşaq istisadi və siyasi sanksiyalar tətbiq etməyə başladılar. Ayaq üstə zorla dayanan Rusiya iqtisadiyyatı bu yumuşaq sanksiyalara tab gətirməyərək çox qısa bir zaman içində dərin böhrana yuvarlandı.Rusiya vəziyyəti düzəltmək, uyqar dünyadan təcrid edilməmək üçün Ukrayna politikasını gözdən keçirmək və bir an öncə Qərbin tətbiq ediyi sanksiyaları ləğvinə nail olmaq yerinə,tükənməkdə olan gücünü ve öz məğrur duruşunu göstərmək məqsədi ilə sanksiya tətbiq edən ölkələrin kənd təsərrüfatı ve qida mallarına embarqo qoydu.
Bu, V.Putinin Rusiyada iqtisadi böhrana yol açan uğursuz Ukrayna siyasətinin ardından atılan ikinci uğursuz addımı idi. Çünkü Avropa Birliyinin kənd təsərrüfatı və qida malları Kömrük Birliyinin üzvü olan və Rusiya ilə aralarında gömrük sərhədləri olmayan Belarusiya üzərindən Rusiyaya girməyə başladı. Bu hal həmin malların Rusiya bazarında qiymətlərinin 50-100% artmasına yol açdı. Ərzaq mallarının qiymətlərinin bu şəkildə artışı istehlakçıların alışdıqları və günlük yaşayışlarında istifadə etdikləri malların bir qisminin mağaza rəflərindən yoxa çıxması V.Putinin böyük dövlətçiliksiyasətindən heyran olan “krımnaş”çıların hiddətinə səbəb olmadı, tam əksinə V.Putinin reytinqinin artmasını təmin etdi.

Rusiyaya qarşı Qərbin – xüsusiylə ABŞ lideri B.Obamanın ve Almaniya lideri A.Merkelin sərt mövqeyi, Qərbə qarşıysa Rusiya lideri V.Putinin məğrur duruşu və Ukraynada savaşı davam etdirməsi xəstə Rusiya üçün heç bir nikbin gələcək vəd etmir. Rusiya özünü super güc sansa da əslində o, keçmiş SSRİ-ni təşkil edən yeni suveren dövlətlərin sivil dünyaya inteqrasiyası üçün super tormoz, sivil Qərb üçünsə super təhlükədir.

Eldar Abbasov
Türkiyənin “Koç Holding” şirkətlər qrupuna aid Rusiyadakı “BEKO” MMC şirkətinin hüquq məsələləri və rəsmi qurumlarla iş departametinin rəhbəri
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.