"Rusiya Prezidenti Vladimir Putinin G7 sammitinə qatılmaq şansı yoxdur".
Axar.az xəbər verir ki, bu sözləri Almaniya kansleri Angela Merkel deyib.
Merkel Putinin şansı olmadığını, ancaq onun Almaniyada keçiriləcək G7 sammitinə dəvət ediləcəyini bildirib. Merkel indiki şəraitdə Putinin Ukrayna böhranı istiqamətində irəliləyişə töhfə verəcəyi halda iştirakını mümkün sayıb.
Qeyd edək ki, G7 sammiti bu ilin iyun ayında Almaniyanın Münhen şəhərində keçiriləcək.
Xatırladaq ki, Krımın Rusiyaya birləşdirilməsindən sonra G8 artıq G7 olub və Putin Böyük Yeddiliyin sammitinə dəvət almır.