Şimali Qafqazda Rusiyanın vəhhabilərə qarşı əməliyyatı genişlənəcək.
Bu informasiya ilə Qərb mətbuatı çıxış edib.
Mətbuat son bir neçə gün ərzində Dağıstan və Çeçenistanın bir neçə rayonunda bu əməliyyatların həyata keçirildiyini yazıb:
"Rusiya daxili parçalanmadan qorxur. Ona görə də əməliyyatların həcmini daha da artıracaq. Amma bir gün bu hərəkətlər onun özünə qarşı çevriləcək. O zaman Rusiyanın daxilində parçalanma daha da genişlənəcək. Nəzərə alsaq ki, partizanlarla bərabər yerli əhali də hökumətdən narazıdır o zaman bunun daha sürətli gedəcəyi söyləmək olar. Bu zaman isə nə Kadırov, nə də Putinin dəstələri mübarizənin qarşısını ala bilməyəcəklər”.
Qeyd edək ki, bir neçə həftə bundan öncə Rusiya Dağıstan və Çeçenistan ərazisindəki vəhhabilərə qarşı əməliyyata başlayıb.