Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Moskva da ayağa qalxır: mitinqlər başlayır - Video

16-01-2015, 20:12   
Moskva da ayağa qalxır: mitinqlər başlayır - Video
Moskvada yaşayan müsəlmanlar mitinq keçirməyə hazırlaşır.

Axar.az xəbər verir ki, bu barədə dindar fəal Əli Çarinskiy Yutub hesabında danışıb.

Çarinskiy dünən Moskva meriyasına müraciət edildiyini, mitinqin də yanvarın 25-nə planlaşdırıldığını açıqlayıb. Mitinqdə 100 min müsəlmanın iştirak edəcəyi gözlənilir.

Çarinskiy bu mitinqin "Şarli Hebdo"nun Məhəmməd peyğəmbərlə bağlı karikaturalar nəşr etməsinə etiraz olaraq keçiriləcəyini bildirib. Mokva meriyası icazə verməsə belə, icazəsiz mitinqin keçiriləcəyi vurğulanıb.

Mitinqlərin həmçinin Mahaçqala və Qroznıda keçirilməsi də planlaşdırılır. Mahaçqalada yanvarın 18-i, Qroznıda isə 19-u mitinqin keçirilməsi gözlənilir.
[media=https://www.youtube.com/watch?v=gM4NT7auyF8]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar