Serj dəvəti qəbul etmədi

16-01-2015, 22:04   

Ermənistan prezidenti Serj Sarkisyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 24 aprel 2015-ci ildə Çanaqqala qələbəsinin 100 illiyini qeyd edilməsi münasibətilə təşkil olunacaq bayram şənliklərində iştirak etmək dəvətini rədd edib.

ANS PRESS-in məlumatına görə, Sarkisyan məktubunda Çanaqqala döyüşündə iştirak edən ermənilərin xidmətini göstərməklə yanaşı, 1915-ci ildə ermənilərin "soyqırım"a məruz qaldığını və bunun Osmanlı tərəfindən planlaşdırıldığını göstərib.

Qeyd edək ki, dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə aprelin 24-də Çanaqqala döyüşündə qazanılmış qələbənin 100 illiyinin qeyd ediləcəyini bildirib.
Mənbə
ANS PRESS
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.