Xədicə İsmayıla dəstək plakatları yapışdıran fəallar həbs ediliblər

16-01-2015, 22:17   
Xədicə İsmayıla dəstək plakatları yapışdıran fəallar həbs ediliblər
AXCP Ali Məclisinin Şəki rayonundan olan üzvü Əli Abdullayev xuliqanlıq və polisə tabe olmama ittihamı ilə bir ay müddətinə həbs edilib.

Partiyanın rayon təşkilatının sədr müavini Mübariz Əbdülkərimov barəsində də eyni ittihamlarla cəza hökmü çıxarılması gözlənilir.

Yerli mənbələrin Turan-a verdikləri məlumata görə, hər iki fəalın həbsinin əsl səbəbi onların yanvarın 14-də Şəkidə avtobus dayanacaqlarında və binalarda azərbaycan və ingilis dillərində “Xədicəni azad et!” şüarı yazılan plakatlar asmaları olub.

Yanvarın 15-də Əbdülkərimov saxlanılıb, o, Xəzər adlı əməkdaş tərəfindən polisə çağırılıb.

Digər fəallar yoldaşlarının saxlanılmasının səbəblərini öyrənmək üçün rayon polis şöbəsinin qarşısına gəliblər, lakin onlara heç bir məlumat verilməyib. Axşam saatlarında polis mayoru Vüqar Xəlilov Xədicə İsmayılova haqqında təhqiredici ifadələr səsləndirib və fəalları ona dəstək plakatları yapışdırdıqlarına görə qınayıb. Buna cavabda Abdullayev X.İsmayılovanı həbsə atanlar barədə mənfi fikir bildirib, bundan sonra onu da saxlayıblar.

Hər iki həbs edilmiş şəxs dövlət vəkillərindən imtina edib. Onların həbsindən apellyasiya şikayəti veriləcək.

Qeyd edək ki, dünən daha bir fəal – Rauf Əbdürrəhmanlı saxlanılıb, sonradan onu azad ediblər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.