Premyakov hansı həqiqəti pıçıldadı?

16-01-2015, 22:56   
Premyakov hansı həqiqəti pıçıldadı?
Bir anlıq "vətənpərvər" ermənilərə yazığım gəldi.

Olur da, tarixdə bəzi hadisələr təsadüfən baş versə də, bəzi gizlin həqiqətləri aşkara çıxarır. Lap bu Premyakovun bədnam millətin 6 üzvünü qətlə yetirməsi də belədir.

Azərbaycanlılar barbar millət deyildir; və əlbəttə ki, biz, bir ailənin demək olar, bütün üzvlərinin qətlə yetirməsini alqışlamırıq. Cinayətin motivindən də xəbərimiz yoxdur: hərçənd öldürülənlərin hamısının bir günah işlədiyini düşünmək mümkün deyildir - aralarında 3 yaşlı uşaq da vardı. Lakin Premyakovun bu cinayətindən sonra onun tutulub, prokurorluq, ya da polisə yox, məhz rus hərbi hissəsinə təhvil verilməsi bəzi məqamların üstünü açır - bu ölkənin həqiqi sahibi 100 il əvvəl kim idisə, indi də elədir - o zamanlar Çarın qubernatoru, bu gün də Putinin generalı.

Demək, ermənilərin arasında hələ də müstəqillik sevdalıları var ki, bunlar küçəyə tökülmüşlər; hökumətin Rusiyadan müstəqil olmasını, erməniləri ən azı Ermənistan dövlətində qorumasını tələb edirlər. İstəyirlər ki, Premyakov Ermənistan prokurorluğuna təslim edilsin, onu erməni məhkəmələri mühakimə edərək cəzasını versin. Gümrü və İrəvanda ciddi çaxnaşmalar baş verir.

Onu da qeyd edim ki, öz ərazisində başqa dövlətlərin hərbi bazalarını yerləşdirən dövlətlər əcnəbi hərbi kontingent üzvlərinə immunitet tanıyır, amma cinayət təqibindən olan bu immunitet məhdud olur; adətən əcnəbilərin bir-birinə qarşı və öz dövlətinə qarşı törətdikləri cinayətlərin təqibini qəbul edən dövlət aparmır. Lakin əcnəbi hərbi kontingent üzvləri qəbul edən dövlətin vətəndaşlarına, ya da həmin dövlətə qarşı cinayət törətdikdə, adətən, immunitetdən yararlanmır. Məsələn, ABŞ NATO ölkələri ərazisində yerləşdirdiyi hərbi personalın immuniteti bu hədlərlə tənzimlənir.

Lakin Ermənistanda yerləşən 102-ci rus hərbi bazası baxımından Rusiyanın hərbi heyətinə tam immunitet verildiyni görürük. 102 saylı bazasının ərazisi də Rusiya ərazisi sayılmır, o yer sadəcə olaraq Rusiya tərəfindən kirayələnib.

Sərkisyan hökuməti cəsarət edib Premyakovun Ermənistan polisinə təslim edilməsini tələb edə bilmir. Sadəcə gözləyir ki, bəlkə ağalar özləri 18 yaşlı Premyakovu Ermənistanın hüquq-mühafizə orqanlarına təslim edələr. Lakin Rusiyanın Ermənsitandaki səfiri İvan Volınkinin verdiyi press-relizdə Rusiyanın Premyakovu Ermənistana təslim etməyəcəyi də aydın olur.

Digər tərəfdən, Dugin, "Ermənistanın təhlükəsizliyi ancaq ODKB daxilində mümkündür" deməklə, ermənilərə Premyakov hadisəsi ilə bağlı hədə-qorxu gəlir, deyir ki, Rusiyanın 102 saylı bazası Ermənistandan çıxsa, bu həmin dövlətin sonu olacaq. Amma bu sadəcə bir blefdir, Rusiya ordan heç yerə gedən deyildir; yeni bir mart hadisəsi bahasına olsa belə, Rusiya ordan heç yerə getməyəcək və bunun üçün Premyakovu da ermənilərə verməyə ehtiyac yoxdur.

Düşünə bilərsiniz ki, ortalıq bu qədər qarışıbsa, niyə Premyakovu ermənilərə təhvil vermirlər?

Rusiya çox yaxşı dərk edir ki, bir əsgərini Ermənistana təhvil verməklə ruslar Ermənistan ərazisinin ermənilərə məxsus olduğunu qəbul edəcəklər. Əsgər dövləti təmsil edir. Rus əsgəri (dövləti) Ermənistana heç yanda baş əyə bilməz, onun təhkimçiliyinə girə bilməz - ermənilərin doğma vətənlərində belə; çünki həqiqətdə qədim türk diyarı olan və ilk dəfə Prezident İlham Əliyev tərəfindən "Qərbi Azərbaycan" kimi müəyyən edilən bu türk torpaqlarını rusların əli ilə ermənilər özlərinə vətən sala bilmişlər.

Ermənilərə müstəqillik arzulamalıyıq. Bundan biz də bəhrələnəcəyik - işğal edilmiş torpaqlarımızı geri alacağıq, həm də Ermənistan öz taleyini özü həll etməyi öyrənəcək, bununla da bərbad sosioloji və iqtisadi vəziyyətdən xilas olacaq.

Yenə təkrar edirəm ki, biz mədəni millətik, və tarixən türklərin diyarı olan Göyçə mahalını bu dağ xalqından geri istəməyəcəyik, onların BMT və AŞ üzvü olduqlarında tanınmış rəsmi sərhədlərinə etiraz etməsək də, bizdən vəhşiliklə işğal etdikləri Qarabağ torpaqlarının bir qarışını da onlara verən deyilik. Biz ərazimizin 20 faizini itirdik, amma əvəzində müstəqilliyimizi əldə etdik. Heç bir dövlətin əsgəri əlimizdə olan torpaqlarımızda at çapıb qılınc oynada bilməz. Qılınc oynadanı da Azərbaycan qanunu və Azərbaycan Ordusu qarşısında cavab verər.

Hər nə qədər ermənilər özlərini patriot, müstəqillik sevdalıları kimi göstərmək istəsələr də, həqiqətdə bunlar vassal millət olmuş və elə qalmağa da məhkumdur. Əvəzində isə aldıqları aldadıcı və müvəqqəti bir paydır - dağıdılmış Qarabağ torpağı.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.