Ərdoğan: “Türkiyədə prezident üsul-idarəsinə ehtiyac var”

17-01-2015, 14:16   
Ərdoğan: “Türkiyədə prezident üsul-idarəsinə ehtiyac var”
"Türkiyədə prezident üsul-idarəsinə ehtiyac var”.

APA-nın “Sabah”a istinadən məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-dən olan millət vəkilləri ilə keçirdiyi mətbuata qapalı toplantıda bildirib.

Prezident sarayında baş tutan toplantı 3,5 saat çəkib. R.T.Ərdoğan millət vəkilləri ilə söhbətində yanvarın 19-da baş tutacaq Nazirlər Kabinetinin müşavirəsinə toxunub. O qeyd edib ki, hökumət və Prezident Administrasiyası arasında koordinasiyanın təminatı üçün prezident üsul-idarəsinə ehtiyac var.

Prezident iqtisadi məsələlərdən də danışaraq, qeydiyyatdan kənar iqtisadiyyatın leqallaşması və çox sərt qərarlardan çəkinmək barədə tövsiyələr verib.//musavat.com/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.