Separatçılar Ukraynaya kütləvi qırğın silahı gətirdilər

5-05-2014, 20:32   
Separatçılar Ukraynaya kütləvi qırğın silahı gətirdilər
Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Dnestryanıdan ölkəyə 1.5 kiloqram radioaktiv maddə gətirən 9 nəfəri saxlayıblar. Bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat katibi Marina Ostapenko bildirib. Onun sözlərinə görə, saxlanılanlardan 8-i Ukrayna, biri isə Rusiya vətəndaşıdır. Şübhəlilər separatçı Dnestryanı respublikasına aid qeydiyyat nişanlı avtomobillə 1.5 kiloqram uran keçirmək istəyərkən yaxalanıblar. UTX-nin araşdırması nəticəsində məlum olub ki, cinayətkar qruplaşma uranı bomba düzəldərək kütləvi aksiyalarda istifadə etmək üçün ölkəyə keçiriblər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.