“Putin ya Avropanın yarısını ələ keçirəcək, ya da…”

17-01-2015, 16:25   

“Rusiya girilməməsi lazım olan yerə girdi və orada batdı. Putin hər şeyə qadir olduğuna və Qərbdə hər kəsi pulla ala biləcəyinə güvəndi”.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Gürcüstanın eks Prezidenti Mixail Saakaşvili çıxış edib. O, Qərbin Şərqi Ukraynaya görə, Putini bağışlamayacağını bildirib:

“Rusiya girilməməsi lazım olan yerə girdi və orada batdı. Putin hər şeyə qadir olduğuna və Qərbdə hər kəsi pulla ala biləcəyinə güvəndi. Putinə Gürcüstanda, Çeçenistanda, Krım və digər yerlərdə törətdiyi hərbi əməliyyatları bağışladılar. Amma o, daha sonra Ukraynanın şərqinə girdi. İndi Putin ya Avropanın yarısını ələ keçirəcək (bu isə qeyri-mümkündür), ya da Krımı, Abxaziya və Cənubi Osetiyanı geri qaytaracaq. Ukraynanın şərq bölgələrindən və Dnesteryanı ərazilərdən isə çəkilmək məcburiyyətində qalacaq. Həmçinin Putin digər ölkələrin ərazisinə girdiyi üçün də Rusiyanın ərazi bütövlüyü ilə əlaqədar problemlər yaratdı. Rusiyanın Şimali Qafqazda, Başqırdıstanda, Tataristanda, Uzaq Şərqdə və Sibirdə ciddi problemləri var. Belə olan halda Rusiyanın tək dövlət olaraq davam etmə ehtimalı olduqca zəifdir
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.