Liviyada səfirlik qarşısında partlayış olub.
Axar.az-ın xəbərinə görə, paytaxt Tripolidə Əlcəzair səfirliyinin yerləşdiyi bina qarşısında şiddətli partlayış baş verib.
Liviyada Qəzzafi rejimi devrildikdən sonra ölkədə müxtəlif terror qrupları meydana çıxıb. Sabitliyi bərpa etmək mümkünsüzləşib. Bəzi məlumatlara görə, Liviyanın Mali dövləti kimi parçalanması gözlənilir. Fransanın Malini işğalından sonra ölkədə iki dövlət yaranıb.
Ekspertlər Qəzzafidən sonra Liviyanın da Fransa tərəfindən işğal edilə biləcəyini güman edir. Parisdə peyğəmbərin karikaturasını dərc edən jurnalın əməkdaşlarının qətli bu planın icrasını sürətləndirə bilər.