Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Qərbdən Putinə sarsıdıcı zərbə

17-01-2015, 18:43   
Qərbdən Putinə sarsıdıcı zərbə

Moody's Rusiyanın kredit qeydlərini ən aşağı səviyyəyə endirdi.

ANS PRESS-in məlumatına görə, bu barədə Moody's beynəlxalq dərəcələndirmə təşkilatı açıqlama verib.

Açıqlamada bildirilir ki, təşkilat Rusiyanın kredit qeydini "Baa1"dən "Baa2"yə endirilib.

Təşkilat buna səbəb kimi Rusiyanın orta vədəli artım proqnozlarını təzyiq altında qalmasını göstərib. Belə ki, neftin qiymətinin aşağı salınması, Rusiyanın borclu şirkələrinin beynəlxalq vazarlara çıxışının qarşısının aalınması təşkilatın belə bir qərar verməsinə səbəb olub.

Qeyd edək ki, Ukrayna böhranına görə ABŞ və Qərb ölkələri Rusiyaya qarşı sanksiyalar tətbiq edib. Bu isə Rusiya iqtisadiyyatına təsirsiz ötüşməyib. Ötən gün ABŞ prezidenti Barak Obama və Böyük Britaniyanın baş naziri Devid Kemeron Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməsi barədə razılığa gəliblər.
Mənbə
ANS PRESS
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar