İcra hakimiyyətlərinə xəbərdarlıq edildi

6-05-2014, 10:58   

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sonradan şəhər və rayon icra hakimiyyətləri aralarında xoşagəlməz anlar yaşanmasın deyə indidən bu qurumlara xəbərdarlıq edib.

Tikintisi nəzərdə tutulan obyektlərin tikilməsi bəzən plana uyğun həyata keçirilmir. Bu bəzən yaşıllıqların qırılması hesabına başa gəlir. Buna görə də, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi icra hakimiyyətlərinə xəbərdarlıq edib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən respublikanın şəhər və rayonlarında inşa olunan yeni tikililərin sənədləri araşdırılıb və bu zaman bir sıra norma və qaydaların tələblərinin pozulması aşkar olunub. Bəzən aparılan layihələr mövcud planlaşdırma layihəsinə uyğun gəlmir, ərazinin tikinti sıxlığı və şəhərsalma reqlamenti pozulur. Müxtəlif layihə təşkilatları, firmalar tərəfindən hazırlanan layihələrin mövcüd standartların tələblərinə cavab verməməsi səbəbindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi rayon və şəhər icra hakimiyyətlərini xəbərdarlıq edib.

Komitənin informasiya şöbəsinin müdiri Cahangir Qocayevin sözlərinə görə, aparılan araşdırma zamanı məlum olub ki, bir çox tikililər şəhərsalma əsaslandırması olmadan, memarlıq planlaşdırma həlli tərtib etmədən tikilib: “Bu tikintilər layihə olmadan biznes məqsədilə tikilən obyektlərə qeyri-qanuni olaraq rayon memarlıqları icazə verib".

Həmçinin fərdi yaşayış evlərinin də harda gəldi tikilməsi müəyyən problemlər yaradır.
[media=http://www.youtube.com/watch?v=mT2jjCZgOuc]
Cahangir Qocayev deyir ki, bəzən layihəçiyə deyirlər ki, 5 sot torpaq ver, mən bina tikirəm: “Necə olur razılaşırlar, amma burada digər qonşular da nəzərə alınmalıdır. Oradakı yaşıllıqlar, obyektlər də nəzərə alınmalıdır”.

Dövlət Şəhərsalma və Arxitekrura Komitəsi nöqsanlara yol verilməməsi məqsədilə müvafiq tədbirlərin görülməsini icra hakimiyyətindən xahiş edib. Belə hallar təkrar olunarsa, baş memarın vəzifəyə uyğunsuzluğu barədə vəsatət qaldıracaq. Həmçinin belə nöqsanlara yol vermiş layihə müəlliflərinin lisenziyalarının fəaliyyətinin dayandırılacağı da gözlənilir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.