Parisdəki terror aksiyalarından sonra keçirilən Respublika Marşına qatılan İsrail Baş naziri Benyamin Netanyahu Fransa Prezidenti Fransua Ollandla sinaqoq ziyarəti zamanı qalmaqalla üzləşib.
Axar.az xəbər berir ki, sinaqoqun içərisində israilli mühafizəçilərin Fransa Baş naziri Manuel Vallsın qolundan dartdıqları və onu itələdikləri bildirilib.
Fransada qalmaqal yaratmaqda məşhur olan “Le Kanard Anşen” qəzetinin məlumatına görə, Valls israilli mühafizəçilərə qışqıraraq sərt reaksiya verib.
“Burada qanunları siz qoymursuz. Öz nazirinizi qoruyun, başqa heç nəyə qarışmayın”, - nazir sərt şəkildə israilli mühafizəçilərə qışqırıb.
Netanyahunun mühafizəçilərinin fransız dilində başa düşmədiklərini anlayan baş nazir eyni sözləri ingilis dilində də təkrar edib.