“Sərkisyan rejiminə görünür hər şey olar”.
Millət vəkili, QHT Şurasının sədri Azay Quliyev Ermənistanda baş verənlərə Qərbin ikili yanaşmasını tənqid edib.
Oxu.Az xəbər verir ki, Azay Quliyev facebookda yazıb:
“Ermənistan polisi Gümrüdə dinc etirazçılara qarşı aşırı güc tətbiq edərək bir çoxunu həbs edib və bəzilərinə isə cinayət işi açıb. Hələ də nə Avropa İttifaqı (Parlamenti), nə ABŞ və nə də beynəlxalq hüquq müdafiə təşkilatları bu zorakılığa münasibət bildirməyiblər (pisləməyiblər).
Səbəbi maraq doğurur. Görəsən az qala hər gün və ya hər həftə Azərbaycanla bağlı bəyanat verən və adi bir kiçik faktı böyüdərək ölkəmiz əleyhinə siyasi kampaniyaya çevirən bu qurumlar (şəxslər) niyə Ermənistanda baş vermiş bu zorakılğa və hüquq pozuntusuna göz yumurlar? Sərkisyan rejiminə görünür hər şey olar. Deyəsən sadə ermənilərin bəxti heç harda gətirmir”.