Slavyanskda keçirilən anti-terror əməliyyatı zamanı 30-dan artıq terrorçu öldürülüb. Bunu Ukrayna Daxili İşlər naziri Arsen Avakov Feysbuk səhifəsində yazıb. “Bu gün bizim itkimiz 4 ölü və 20 yaralı olub. Hesablamalarımıza görə, terrorçular 30-dan çox insan itiriblər. Onlarla yaralı var. Onların arasında krımlılara və ruslara rast gəlinir. Bu gün isə çeçenlərə rast gəlinib”, - deyə Avakov yazıb.