Avropanın 28 naziri bir araya gəlir – Terror xofu

19-01-2015, 15:04   

Avropa Birliyinin xarici işlər nazirləri son dövrlər Avropa ölkələrində törədilən terror hadisələrini müzakirə etmək üçün bu gün bir araya gəlir.

Axar.az xarici mətbuata istinadən xəbər verir ki, Belçikaya edilən uğursuz hava hücumu və 17 nəfərin ölümü ilə nəticələnən Paris terroru Avropada böyük narahatlıq yaradıb. Bu səbəbdən Avropaya edilən terror hücumları görüşün əsas müzakirə obyekti olacaq.

Danışıqlarda Avropa Birliyinin Rusiya ilə əlaqələrinə də toxunulacaq. Nazirlər Rusiyanın Ukraynadakı fəaliyyətinə Avropa ölkələri hökumətlərinin fərqli yanaşmasının həll olunmasına cəhd edəcəklər.

Brüsseldə görüşəcək 28 nazir İraq və Suriyaya döyüşməyə gedən radikal avropalıların geri qaytarılması məsələsini də müzakirə edəcəklər.

Xatırladaq ki, görüşdə heç bir qərar qəbul edilməyəcək. Lakin nazirlər ölkə liderlərinin 12 fevralda keçiriləcək terrorizmlə mübarizə sammitinə hazırlıq üçün bir sıra məsələləri razılaşdıracaqlar.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.