Azərbaycanda pornostudiyanı kim yaradır?

6-05-2014, 11:09   
Azərbaycanda pornostudiyanı kim yaradır?
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Azərbaycanda pornostudiya açılması haqqında məlumatı araşdıracaq.

Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) Bakıda son vaxtlar yerli aktyorların iştirakı ilə böyüklər üçün filmlərin çəkilməsi barədə ölkə mətbuatında gedən yazılara reaksiya verib.

DİN bu haqda yaxın günlərdə araşdırmaya başlayacaq. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Orxan Mənsurzadə 1news.az-a verdiyi açıqlamasında bildirib ki, əgər günahkar aşkar olunarsa, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cəzalandırılacaq. Əvvəllər bəzi media qurumlarında yerli aktyorların iştirakı ilə böyüklər üçün film çəkən pornostudiyaların fəaliyyəti haqda məlumat dərc edlib. "Lakin bu filmlərin heç biri hələ satışa çıxmayıb. Rejissorlar hüquq-mühafizə orqanlarının mümkün reaksiyasından qorxur", - deyə nəşr qeyd edib.

Qeyd edək ki, Azərbaycanda pornoqrafik film çəkmək qanunla qadağan deyil. Lakin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 242-ci maddəsinə görə ("pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma") pornoqrafiyanı və insan alverinin yayılmasını qadağan edir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.