Türkiyənin keçmiş İqtisadiyyat naziri Zəfər Çağlayan qolunda gəzdirdiyi 700 min lirə (300 min manat) qiyməti olan saat ittihamına aydınlıq gətirmək istəyərəkən Türkiyə Böyük Millət Məclisində qarşıdurma yaşanıb.
Keçmiş naziri TBMM-də kürsüyə qalxaraq “Bu saat mənimdir, pulunu da özüm ödəmişəm, heç bir vergi pozuntusuna yol verməmişəm” deyib.
Çıxış edən zaman CHP-nin təmsilçisi millət vəkili Tufan Köşə onun telefonla nümayişkarcasına şəklini çəkib. Bu hərəkət Z. Çağlayanı qıcıqlandırıb və həmkarının üstünə hücum edib.
Keçmiş nazirə dəstək olan AKP-nin millət vəkilləri də CHP-çi millət vəkilinin üstünə yeriyiblər.
Keçmiş nazirlərdən Egemen Bağış və Ərdoğan Bayraqdar da Z. Çağlayanın müdafiəsinə qalxıb.
Türkiyəli deputatlara xas olan növbəti qarşıdurma jurnalistlərin kamerasında yayılmayıb.