Söyün Sadıqovdan Abbas Abbasova kəskin ifadələr

20-01-2015, 13:11   
Söyün Sadıqovdan Abbas Abbasova kəskin ifadələr

Kremlə yaxınlığı ilə tanınan Söyün Sadıqov Abbas Abbasovun onu və tərəfdarlarını “AzərRos”un ofisinə buraxmaması ilə bağlı xəbərə münasibət bildirib. AzNews.az-a açıqlamasında azərbaycanlı iş adamı informasiyanı təkzib edərək Abbas Abbasovun ünvanına sərt ifadələr işlədib:

“Abbas Abbasov “AzərRos”un keçmiş prezidenti Asif Məhərrəmovu ofisə buraxmır. Bununla bağlı mediada gedən informasiyalar kökündən yalandır. O, səhv edib, məni ofisə buraxmaz. Axı Abbasov kimdir ki, məni ofisə buraxmasın?”

Qeyd edək ki, “AzərRos”un sonuncu qurultayında prezident Asif Məhərrəmov vəzifəsindən çıxarılıb, Azərbaycan Baş nazirinin sabiq 1-ci müavini Abbas Abbasovun isə bu qurumda rəhbərlik etdiyi Ağsaqqallar Şurası ləğv edilib.

“Azərros”un adının açıqlanmasını istəməyən üzvü isə axar.az-a deyib ki, bu gün Sadıqovun tərəfdarları ofisə buraxılmayıb.


“Bundan əlavə, Abbas Abbasovun özü və tərəfdarları alternativ toplantıya hazırlaşırlar. Həmin toplantıda Abbasovun rəhbərliyi altında “AzərRos”un yeni rəhbər tərkibi seçiləcək, bu dəfə Söyün Sadıqov və komandası qurumdan kənarlaşdırlacaq. Bundan sonra isə “AzərRos”un yenidən qeydiyyata alınması üçün Rusiya Federasiyası Ədliyyə Nazirliyinə müraciət olunacaq”, - deyə mənbə bildirib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.