“Hizbullah” təşkilatının baş katibi Seyid Həsən İsraili təhdid edib.
Musavat.com-un məlumatına görə, “Hizbullah”a aid Manar TV-nin internet saytında Seyid Həsənin iki sözdən ibarət olan bu mesajı yer alıb: “Sığınacaqlarınızı hazırlayın”.
Təhdidin yer aldığı xəbərin artıq 12 milyondan çox oxunduğu bildirilib.
BMT-nin baş katibinin müavini Ferhan Hak isə açıqlama verərək, rəsmi Təl-Əviv Suriya torpaqlarına hücum etməklə İsrail ilə Suriya arasında 1974-cü ildə imzalanan müqaviləni pozduğunu deyib.
Gülnar
//musavat.com/