Roubini Global Economics konsaltinq qrupunun rəhbəri Nuriel Rubini Davos forumunda çıxışı zamanı bildirib ki, sanksiyalar və neftin qiymətnin ucuzlaşması Rusiyanın siyasətinə təsir etməəyəcək. Çünki Putin hesab edir ki, Qərb ölkələri onunla Liviya lideri Müammari Qəzzafi kimi devirmək istəyirlər.
«Sanksiyalar və neftin qiymətinin aşağı düşməsi Putini daha aqressiv edir. Putin hesab edir ki, Qərb onu Səddam Hüseyni, Müammar Qəzzafini devirdiyi kimi devirmək istəyir. Belə olan halda sanksiyaların artması Putini Yaxın Şərqdə, Pribaltikada, Balkanlarda və Ukraynada daha aqressiv edəcək», - deyə iqtisadçı qeyd edib.
azadlıq.info