Yaxın vaxtlarda ABŞ başda olmaqla NATO-ya üzv olan ölkələr Bəşər Əsədin devrilməsi məqsədilə Suriya ərazisinə iri miqyaslı hücum planlaşdırırlar. NATO hərbiçiləri Suriya ərazisinə iri miqyaslı hücum etmək üçün artıq döyüş planını da tərtib edib. Plana görə, Bəşər Əsədin devrilməsi üçün artıq Avropa ölkələrinin xüsusi xidmət orqanları əsasən, postsovet dövlətlərindən Avropaya gəlmiş və daimi yaşayış statusu ala bilməyən, eləcə də müəyyən hərbi hazırlığa malik olan şəxslərdən ibarət muzdlu döyüşçülər seçirlər. Birinci mərhələdə seçilmiş muzdlu döyüşçülər Hollandiyanın Utrext şəhərində yerləşən təlim düşərgəsinə toplanılır və onların hansı istiqamətdə istifadə olunacağı barədə qərar qəbul olunur. Qeyd olunan prosesdən əvvəl isə muzdlulara İslam dini və ərəb dili kursları təşkil olunur, onların məxfiliyə riayət olunmasına dair müqavilələr bağlanılır və “vəhhabi” təriqətinə aid olan ləqəblər verilir. Bundan əlavə, muzdlulara 2500 ABŞ dolları həcmində aylıq təzminat da veriləcək və döyüş bölgəsində bu məbləğ iki qat artırılacaq. İkinci mərhələdə muzdlular NATO-nun Belçikadakı hərbi təlim bazasına gətirilərək, qrup halına salınır, onlara partlayıcı maddələrlə iş və döyüş taktikasına dair biliklər aşılanır. Üçüncü mərhələdə isə qrup halına salınmış muzdlular Türkiyə-Suriya sərhədindən keçərək, döyüş bölgələrinə daxil olur və Türkiyənin “İncirlik” bazasından, eləcə də döyüş bölgələrində yaradılmış mobil mərkəzlərdən onlara tapşırıqlar verilir.