Rusiyanın Ukraynanın daxili işlərinə müdaxiləsi bütün Avropa üçün təhlükə kəsb edir. Musavat.com-un xarici KİV-ə istinadən verdiyi məlumata görə, belə bir açıqlamanı ABŞ-ın Avropadakı quru qüvvələrinin komandanı, general-leytenant Ben Qoces verib.
“Suveren dövlətin sərhədləri – bütövlükdə Avropanın təhlükəsizliyi məsələsidir. Avropada ümumi təhlükəsizik və sabitlik bu gün Ukraynada baş verənlərdən asılıdır” – deyib general. “Əgər hər hansı ölkə birtərəfli qaydada müdaxilə edə və başqa bir ölkənin sərhədlərini dəyişə bilərsə, o zaman bu, bütün Avropa ölkələri üçün nəticələr doğuracaq” - əlavə edib o.
ABŞ ordu generalının sözlərinə görə, Rusiyanın bu cür hərəkətləri müqavimət və ikrah doğurur, sanksiyalar məsələsində Avropa ölkələrini yekdilliyini, habelə NATO-nun Uels sammitinin nəticələrinin doğruluğunu sübut edir.
Musavat.com