Vəfa Quluzadənin sensasion səs yazısı yayıldı - VİDEO
22-01-2015, 18:52
Sosial şəbəkələrdə Vəfa Quluzadənin maraqlı bir səs yazısı yayılıb.
Avropa.info xəbər verir ki, audioda Qərb dünyasına müsbət mövqeyi ilə tanınan politoloq Vəfa Quluzadə ABŞ-ı sərt şəkildə tənqid edərək, ermənilərə dəstək verməkdə ittiham edir.
"Azadlıq" radiosunda hazırda həbsdə olan Xədicə İsmayılın verlişinə qatılan Vəfa Quluzadə adı çəkilən radionu erməniləri dəstəkləməkdə suçlayır.
Verliş zamanı ABŞ-ın əleyhinə danışan və müsəlman, türk olduğumuz üçün Azərbaycanın təzyiqlərə məruz qaldığını deyən Vəfa Quluzadənin sözləri Xədicə İsmayıl tərəfindən kəsilir.
Bundan sonra Vəfa Quluzadə "Azadlıq" radiosunun ABŞ-dan aslı olduğunu və bu dövlətin tapşırıqlarını icra etdiyini deyir.
Xatırladaq ki, bu lent yazısı 2012-ci ildə yazılıb.