UTX açıqlama verdi: “100-ə yaxın silahlı separatçı saxlanıldı”

6-05-2014, 14:49   
UTX açıqlama verdi: “100-ə yaxın silahlı separatçı saxlanıldı”
Ukrayna Təhlükəsizlik Xidməti (UTX) ölkənin cənub-şərq vilayətlərində separatçılara qarşı aparılan əməliyyatların hazırkı mərhələsi ilə bağlı açıqlma verib.

UTX-nin mətbuat katibi Marina Ostapenko bildirib ki, Ukraynanın şərqində və Odessada silahlı separatçılar və təxribatçılara qarşı aparılan əməliyyat zamanı 100-ə yaxın şəxs saxlanılıb. Onların üzərindən Rusiya və Ukrayna vətəndaşlığını təsdiq edən pasport aşkar olunub. UTX müəyyən edib ki, separatçılara əmrlər Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Kəşfiyyat-təxribat İdarəsi tərəfindən verilir.

Separatçılara tapşırılıb ki, Krımda olduğu kimi Donetsk vilayətində də dövlət qüvvələrinə qarşı döyüşmək üçün könüllülər toplasın. M. Ostapenko deyib ki, tutulanlar istintaq təcridxanasında saxlanılır. O, artıq saxlanılan şəxslərlə bağlı Ukrayna Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işinin başlanıdğını da qeyd edib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.