Ölkənin ikinci böyük şəhəri olan Gəncədə daha qabarıq şəkildə müşahidə olunan təhsil özbaşınalıqları digər şəhər və rayonları kölgədə qoyur. Bu haqda Gəncədən azerinews.tv-yə göndərilən şikayət məktubunda belə deyilir. Belə ki, Gəncə Təhsil şöbəsinə rəhbərlik edən Zakir Hüseynovun öz vəzifə səlahiyyətlərinin öhdəsindən lazımınca gələ bilməməsi son illərdə daha dərin problemlərə yol açmaqdadır. Gəncə təhsilində yarıtmaz fəaliyyəti ilə ad çıxaran Ceyhun Mirzə adlı məsləhətçinin özbaşınalığı isə şəhərdə geniş rezonans doğurub.İcra hakimiyyəti başçısı Elmar Vəliyevə xəbərçilik etməklə məşğul olan Cehun Mirzə əslində təhsil şöbə müdirinə qarşı təbliğat işləri apararaq məktəblərdəki özbaşınalıqların genişlənməsində demək olar ki, katalizator rolunu oynayır.
Gəncə Təhsil İdarəsində məsləhətçi ştatı üzrə fəaliyyət göstərən Ceyhun Mirzə 2012-2013-cü il üçün Dövlət Qulluğu Komissiyası tərəfindən təşkil olunmuş testdən keçə bilməsə də bunlara göz yumulması olduqca üzücü faktdır.Məlumatlara görə onun Təhsil Şöbəsi ilə bağlamış olduğu müqavilə müddəti də bitib.Mütamadi maşın alış-verişi ilə məşğul olur.Bu adıçəkilən öz "kurasiyasında" olan Gəncə futbol təmayüllü gimnaziyada dərs keçmədən havayıca maaş almaqdadır.Xalası Həsənova Elnarə də həmin gimnaziyada texniki işçi kimi maaş almaqdadır.Bu təhsil müəssisəsində 100- dən artıq işçi var ki,bunlardan da 50-yə qədəri texniki işçidir.Bu gimnaziya texniki işçilərin sayına görə bəlkə də dünyada birinci yerdə dayanır. Özünə güvənən Ceyhun Mirzə son zamanlar AMİ-nin Gəncə filialındakı yoxlamalarda canfəşanlıq etdiyini hər kəsə bəyan etməklə guya Təhsil Nazirliyi tərəfindən xüsusi mükafata layiq görüldüyünü iddia edir. Ceyhun Mirzənin Xədicə adlı həyat yoldaşı isə diplomsuz olsa da İngilis təmayüllü məktəbdə müəllimlik edir. Təhsil Şöbəsinin katibəsi haqqında da söz-söhbətlər dolaşır.Belə ki,Vəfa adlı katibə eyni zamanda 32 saylı məktəbdə idman müəllimi kimi qanunsuz maaş almaqdadır. Bundan başqa 7 saylı orta məktəbin laborantı da qeyri-qanuni yollarla birdən-birə təşkilatçı vəzifəsinə yüksəlib və diplomsuz dərs saatları ilə təmin olunub...
Gəncənin əksər məktəblərində testdən keçməyən yeni müəllimlər ortaya çıxıb və bununla da Təhsil Nazirliyinin müvafiq təlimatları bilərəkdən pozulub. Daha bir acınacaqlı vəziyyətsə məktəblərə məxsus ərazilərin qanunsuz yollarla mənimsənilməsidir. Şəhərin 27,28,29,31 və 4 saylı məktəblərin torpaq sahələri qanunsuz zəbt edilib və ərazilərdə müxtəlif məqsədli tikintilər aparılıb.Təhsil şöbəsi isə olanlara göz yummaqdadır. Özbaşnalığın həcmi 17 saylı məktəbi də bürüyüb,direktor Nigar xanımın da pedoqoji təhsili yoxdur,sadəcə tələbədir.25 saylı məktəbin direktoru isə ailə nomenklaturası yaratdığına görə əvvəlki direktorun qızı tərəfindən dəfələrlə şəhər prokurorluğunda izahatlar verib. Məlumatlarda bütün bu qanunsuzluqların və özbaşınalıqların arxasında təhsil şefi Zakir Hüseynovun olduğu deyilir.