"Türkiyə-Azərbaycan-Gürcüstan arasında reallaşdırılan bu zirvə görüşü bölgəmiz və dünya üçün böyük önəm daşıyır. Çünki bizim əməkdaşlığımızın təməlində ortaq məqsədlər var və bunlar regional yox, qlobal məqsədlərdir".
AzərTAc bildirir ki, bunu bu gün Gürcüstanın paytaxtında keçirilən Tiflis-2014 sammitində Azərbaycan prezidenti İlham Əliyev deyib.
İ.Əliyev qardaş Gürcüstanda olmaqdan çox xoşbəxt olduğunu vurğulayıb: "Əminəm ki, bu sammitin gözəl nəticələri olacaq. Ölkələrimiz arasında əlaqələrin tarixdə çox önəmli yeri var. Qarşılıqlı müansibətlərimiz ən üst səviyyədə davam edir".
O, sammitdə üç ölkə liderinin beynəlxalq təhlükəsizlik, enerji təhlükəsizliyi, humanitar məsələlər və sairə haqqında müzakirələr aparılacağını, gələcək haqqında danışılacağını deyib.