Mahir Quliyevin ən çox şikayət edilən icra başçısı olduğu müəyyənləşib.

23-01-2015, 20:18   
Mahir Quliyevin ən çox şikayət edilən icra başçısı olduğu müəyyənləşib.
Bu barədə anaxeber.info-a Prezident Admnistrasiyasındakı mənbələrdən məlumat daxil olub.

Həmin məlumatda deyilir ki, bu ilin ilk 6 ayı ərzində Admnistrasiyaya daxil olan şikayətləri araşdırarkən Mahir Quliyevin ən çox şikayət edilən icra başçısı olduğu müəyyənləşib. Məlumatda vurğulanır ki, rayonda sosial-iqtisadi və məmur özbaşınalığı ilə bağlı edilən şikayətlər üstünlük təşkil edib.

İkinci sırada isə Ağsu rayonun icra başçısı Ənvər Seyidəliyev qərarlaşıb. Belə ki, sözügedən icra başçısından şikayət edənlərin sayı ötən ilə nisbətən iki dəfə artıb.

Admnistrasiyadakı mənbə bildirib ki, seçkilərdən sonra ən çox şikayət edilən rayon icra başçıları ilə bağlı tədbir görüləcək. Onun bildirdiyinə görə, mümkündür ki, ilk sıraları tutan icra başçıları vəzifələrini itirsinlər. Mənbənin son məlumatlarına görə Biləsuvar RİH başçısı Mahir Quliyevin "odun" biznesi uğursuzluğla nətcələnib. Belə ki, adminstirasiyaya verilən məlumatlar Mahir Quliyevə "Arxadan vurulan zərbə" kimi hesablanıb
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.