Rusiya prezidenti Vladimir Putin öz yaxın çevrəsini daraldıb. Rublun zəifləməsindən zərər çəkmiş və Ukraynada müharibəyə qarşı çıxan milyarderlər isə uzaqlaşdırılıb. Hazırda prezidentə yaxın çevrəyə bir neçə güc strukturunun rəhbəri daxildi. Bu barədə Bloomberg Rusiya prezidentinə yaxın mənbələrə istinadən yazır.
Putin onun hesabına varlanan və Qərbin sanksiyalarından zərər çəkən şəxslərə şübhə ilə yanaşmağa başlayıb. Kreml rəhbərinə yaxın iş adamları onun qarşısında borclu olduqlarını anladıqlarından açıq şəkildə tənqid etməyəcəklər. Ancaq Putinin şəxsi ambisiyalarının onların var-dövlətini məhv etməsini də istəmirlər.
Putinin yaxın çevrəsinə hazırda Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, FTX rəhbəri Aleksandr Bortnikov, XKX rəhbəri Mixail Fradkov və müdafiə naziri Sergey Şoyqu daxildir.
Artıq Putini Qərblə münasibətləri normallaşdırmağa çağıranların da sayı artır.
Keçmiş baş naziri Yevgeni Primakov bu günlərdə bildirib ki, ABŞ və müttəfiqləri ilə əməkdaşlıq olmadan Rusiya güclü dövlət statusunu itirəcək.
Keçmiş maliyyə naziri Aleksey Kudrin isə 2014-ci ilin sonunda bildirib ki, Qərblə münasibətlər bərpa edilməsə, ölkə ağır böhranla üz-üzə qalacaq.
azadlıq.info