NİDA-çıların məhkəməsindən sonra çıxarılan hökmə etiraz edən fəallarla polis arasında toqquşma baş verib. JAM.AZ-ın hadisə yerində olan əməkdaşı Elnur Məcidlinin verdiyi məlumata görə, polis "Azad Et" şüarları səsləndirən müxalifətçilərə divan tutmağa başlayıb. Məhkəmənin qarşından başlayan aksiya dağıdılıb. Xeyli sayda həbs olunan var. Həbs olunanlar aşağıdakılardır:
Şəfi Şəfiyev
Nicat Məmmədbəyov
Mirseymur Məmmədov
Çilıənay Azərtürk
Türkel Azərtürk
Xalid Qarayev
Amid Süleymanov
Hacı Zeynallı
Orxan Əyyubzadə
Sənan Əlioğlu
Orxan Rüstəmzadə
Seyran Nəbiyev
Orxan Rza
Hüseyn Qarasulu
Ofa Rəsulzadə
Rəsul Mürsəlov
Cavid Hacıbəyli
Tural Abbaslı
Kəmalə Bənənyarlı
Şamil Beydulla
Sarvan Əbdüləzimov
Tural İbrahim
Saxlanılanlardan biri "Yeni Müsavat" qəzetinin əməkdaşı Məhəmməd Türkməndir. Saxlanılanların bəzisi 39-cu Polis Bölməsinə aparılıb.
Son məlumatlara görə, Tural Abbaslı, Rüfət Hacıbəyli, Şamil Beydulla və daha bir neçə fəal Nəsimi rayon 22-ci Polis Bölməsinə aparılıb.