Erməni cəllad niyə qorxur?

24-01-2015, 12:03   
Erməni cəllad niyə qorxur?

Cəllad Monte Melkonyanın silahdaşı, erməni diversantların “atası” Vova Vartanov Ermənistandan Rusiya hərbi bazasının çıxarılmasından çox qorxur.

ANS PRESS-in məlumatına görə, erməni mətbuatına müsahibə verən Vartanov bildirib ki, Rusiya hərbi bazasını çıxarmağı tələb edən istənilən erməni satqındır.

“Bu baza Ermənistanı malik olmadığı silahlarla, öz səfərbərliyi hesabına təmin edə bilmədiyi şəxsi heyətlə təchiz edir”,- deyə Vova Vartanov vurğulayıb. Ermənistan Müdafiə Nazirliyi bəyanatla bağlı heç bir şərh verməyib, yəni susmaq razılıq əlamətidir.

Erməni şərhçilər bəyanatla bağlı heyrətlərini gizlədə bilməyiblər və bir ölkənin təhlükəsizliyini başqa ölkənin hərbi bazası ilə əlaqələndirməyi gülünc sayıblar. Erməni şərhçi Akop Badalyanın fikrincə, əslində, Rusiya metodiki olaraq Ermənistanı suverenlikdən məhrum edir. “Rusiya uzun müddətli oyuna başlayır. Bu isə o deməkdir ki, Kreml yerli nökərlərini etibarlı ordu ilə təmin etməyəcək, sadəcə, Ermənistanı subyektlik rıçaqlarından məhrum edəcək”,- deyə Badalyan vurğulayıb.

Gümrüdəki rus hərbi bazasının çıxarılması məsələsi Avetisyan ailəsinin 7 üzvünün qətl edilməsindən sonra gündəmə gəlib. Ermənilər onun rus əsgər Valeri Permyakov tərəfindən öldürüldüyünü güman edirlər.

Ermənilər Avetisyanlar ailəsinin qatili olduğu iddia edilən Valeri Permyakovun erməni məhkəməsinə verilməsini tələb edirlər. Moskva isə Rusiyanın hazırkı Konstitusiyasına istinadən bildirir ki, Rusiya vətəndaşı mühakimə olunmaq üçün heç bir halda başqa bir ölkəyə təslim edilə bilməz.

Ermənistan İstintaq Komitəsi də Valeri Permyakova qarşı cinayət işi qaldırıb. Komitə onu Ermənistan Cinayət Məcəlləsinin 104-cü maddəsi ilə istintaqa cəlb etmək istəyir.

Rusiyanın 5-ci qarnizon məhkəməsi əsgərə qarşı Rusiya Federasiyasının Cinayət Məcəlləsinin iki maddəsi əsasında qətlə və fərariliyə görə cinayət işi qaldırılıb.

Valeri Permyakovun yanvarın 12-də Gümrü şəhərində Avetisyan ailəsinin 6 üzvünü qətlə yetirdiyi iddia edilir. Hadisıə zamanı yalnız 6 yaşlı Seryoja sağ qalmışdı. Bu günlərdə dünyasını dəyişmiş Seryoja Gümrüdə dəfn edilib. Valeri Permyakovun Ermənistan - Türkiyə sərhədində yerləşən Bayandur kəndində Rusiya sərhədçiləri tutulduğu bildirilib.

Hadisə Ermənistanda Rusiya hərbi bazasına qarşı ciddi etirazlara səbəb olub. Yüzlərlə insan İrəvandan Gümrüyə axın edərək hərbi bazanın və Rusiya konsulluğunun qarşısında etiraz mitinqi keçirir. Hazırda davam edən aksiyada etirazçılarla polis arasında qarşıdurma yaşanır. Aksiyada Rusiya bayrağı ayaqlar altına atılaraq tapdanıb.
Mənbə
ANS PRESS
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.