“Qara dəniz” erməniləşdi: Nazirlik xəbərsizdir

6-05-2014, 16:12   
“Qara dəniz” erməniləşdi: Nazirlik xəbərsizdir
“Əgər bu fakt varsa, bununla bağlı Nazirlik və müvafiq qurumlar tədbir görəcək”. Bu sözləri Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin katibi İntiqam Hümbətov “Çırpınırdı Qara dəniz” şeirinin Türkiyədə “Sabah” qəzeti tərəfindən erməniləşdirilməsinə münasibət bildirərkən deyib: “Xeyr, mənim xəbərim yoxdur, heç eşitməmişəm. Ancaq maraqlanaram. Yəqin ki, nazirliyin xəbəri var. Əgər bu fakt varsa, bununla bağlı Nazirlik və müvafiq qurumlar tədbir görəcək”. Xatırladaq ki, “Sabah” qəzeti “Çırpınırdı Qara dəniz” şeirinin sözlərinin erməni klassik şairi Sayat Novaya məxsus olduğunu yazıb və erməni mahnısı kimi təqdim edib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.