Əhəd Abıyev 200 minlik maşın alıb?

6-05-2014, 16:21   

Daşkəsən rayonunun icra başçısı Əhəd Abıyev yeni və bahalı maşın alıb. Adının çəkilməsini istəməyən rayon sakininin bildirdiyinə görə, başçının yeni aldığı maşının qiyməti 200 min dollar civarındadır. Qaynağın sözlərinə görə, Əhəd Abıyev maşın həvəskarıdır: “İcra başçısı maşın həvəskarıdır, avtohobbisi var. Yeni aldığı 200 minlik maşını da bir dəfə Daşkəsən Rayon İcra Hakimiyyətinin binası qarşısına gətirib, yerli camaat da görüb”. Qeyd edək ki, mənbə Ə.Abıyevin son aldığı maşının markasının “Mersedes GL- 63” olduğunu iddia edir. “Axar.az”a açıqlama verən Əhəd Abıyev xəbəri birmənalı təkzib elədi: “Mənim dövlətin verdiyi bircə maşınım var, illərdir onu işlədirəm, əlavə bir dənə də maşınım yoxdur. Nə kolleksiya, nə bahalı maşın? Bunu yayanlar fəaliyyətimizi gözü götürməyənlərdir”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.