Rusiya Azərbaycanda ikinci Ukrayna yaradacaqmı?- Rəy

6-05-2014, 19:21   

“Azərbaycan üçün siyasi vəziyyət daha çox Rusiya tərəfindən balanslaşdırılır”. Bu sözləri açıqlamasında politoloq İlqar Vəliyev deyib. O, son günlər həyata keçirilən həbslərin Rusiyanın istəyi ilə baş tutması fikrinin absurd olduğunu söyləyib: “Son günlər ölkədə həyata keçirilən həbslərdə Rusiyanın heç bir rolu yoxdur. Bəziləri deyirlər ki, bizim xüsusi xidmət orqanları Rusiyanın faktları və təlimatı ilə həbslər həyata keçirirlər. Bu absurd bir şeydir. Nə Rusiya, nə də ABŞ burada heç bir tapşırıq verə bilməz. Açıqlamaların bəzilərinə baxıb dəhşətə gəlirsən. Rusiyada milli qüvvələr artıq aktivləşirlər. Onlar açıq-açığına SSRİ-nin bərpasından danışırlar. Cürbəcür ideyalar irəli sürürlər. Bu ideyanın özü Rusiya üçün təhlükəlidir. Rusiyanın bu proyekti həyata keçirməyə başlaması onun üçün son deməkdir. Rusiya iflasa uğrayacaq”. Politoloq Rusiyanın Azərbaycanda yeni Ukrayna yaratmaqda maraqlı olmadığını bildirib: “Ekspertlərin hansısa siyasi dairələrdən qaynaqlanıb dəstək almaqlarına baxmayaraq, obyektiv vəziyyəti nəzərə almadan söylədikləri fikirlər vəziyyətin daha da gərginləşməsinə gətirib çıxaracaq. Siyasi proseslərin özü bir az başqa cür inkişaf edir. Azərbaycan üçün onu demək olar ki, siyasi vəziyyət daha çox Rusiya tərəfindən balanslaşdırılır. Rusiyaya maraqlı deyil ki, Azərbaycanda ikinci Ukrayna yaransın. Bu Rusiyanın həm strateji, həm siyasi marağında deyil. Bütün sərhəd boyunca yeni Ukraynaların yaradılması Rusiya üçün məqsədəuyğun deyil”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.