Baş nazir Ərdoğan prezidentliyə namizədliyini İstanbulun fəthi günü – mayın 29-da açıqlayacaq. Bir müddət öncə Baş nazirin köməkçisi Bülənt Arınç öz açıqlamasında may ayının axırında Ərdoğanın öz namizədliyini irəli sürəcəyini demişdi. Qeyd edək ki, bu tarixin seçilməsi təsadüfi deyil. Türk mətbuatı Ərdoğanın məhz mayın 29-da İstanbulun fəthi tarixində öz namizədliyini elan etməsini müxtəlif rakurslardan şərh edirlər. Qeyd olunur ki, son zamanlarda Ayasofya Camisinin ibadətə açılmağı gözlənilir. Görünən odur ki, Baş nazir Ərdoğan mayın 29-da Ayasofyanı ibadətə açıb, orada öz namizədliyini irəli sürəcək.