Bakı ABŞ səfirliyinin yeni binasının tikintisinə dair müqaviləni pozub

26-01-2015, 15:34   
Bakı ABŞ səfirliyinin yeni binasının tikintisinə dair müqaviləni pozub
Azərbaycan hökuməti Bakıda ABŞ-ın yeni səfirliyinin binasının tikintisi barədə əvvəl imzaladığı müqavilədən imtina edib. Bu 2013-cü il seçkilərinin nəticələrinin Vaşinqton tərəfindən tənqidindən dərhal sonra baş verib. Bu barədə Turan-a məlumatlı diplomatik mənbə bildirib.

Bundan sonra dövlət katibi Jon Kerri 2014-cü ilin fevralında İlham Əliyevə məktub göndərərək əməkdaşlığa çağırıb.

Səfirliyin yeni binasının inşasına çoxdan zərurət var. İndiki 100 illik bina lazımi tələblərə cavab vermir və çox kiçikdir.

“Hazırki bina acınacaqlı vəziyyətdədir, baxmayaraq ki, onu normal saxlamaq üçün səylər göstərilir.

Azərbaycan hökuməti dəfələrlə səfirliyin diplomatik missiya üçün yer almaq cəhdlərinə maneçilik törədib”, - Dövlət Departamentinin 2014-cü il aprel-may ayları üçün hesabatında deyilir.

Mənbə qeyd edib ki, 2013-ci il seçkilərinin Amerika tərəfindən tənqid edilməsi, eləcə də vətəndaş hüquqları sahəsində qanunvericiliyin sərtləşdirilməsi, Əliyev hökumətini qıcıqlandırıb.

Eyni zamanda Dövlət Departamentinin hesabatında qeyd olunub ki, “avtoritarizm və vətəndaş cəmiyyətinin sıxışdırılması ilə bağlı həyəcanlı tendensiya”nın olmasına baxmayaraq, Azərbaycan tranzit və NATO-nun Əfqanıstandakı missiyasına dəstəyin təminatı, terrorizmə qarşı mübarizə və İranın nüvə proqramının qarşısının alınmasında ABŞ-ın mühüm tərəfdaşı olaraq qalır.

“Azərbaycan iqtisadi islahatlar sahəsində müəyyən irəliləyiş əldə etsə də digər sahələrdə, ilk növbədə vətəndaş cəmiyyəti və insan hüquqları sahəsində ciddi problemlər qalır.

“Seçkilərdən sonra ABŞ səfirliyinin Azərbaycan hökumətinin rəsmi şəxsləri ilə konstruktiv əməkdaşlıq qurmaq səyləri hətta qarşılıqlı maraq doğuran sahələrdə də çətinləşib” - sənəddə qeyd olunub/musavat.com/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.