ABŞ Prezidenti Barak Obamanı yenə də rəsmi tədbirdə saqqız çeynərkən yaxalayıblar.
Trend-in xarici mətbuata istinadən verdiyi məlumata əsasən, B.Obama bu dəfə diqqətləri özünə Nyu-Dehlidə Hindistanın Respublika Günü ilə bağlı keçirilmiş hərbi paradda çəkib.
Hindistanın Baş naziri Narendra Modi B.Obamaya nə isə deyərkən Prezident ağzından saqqızı çıxarıb, sonradan saqqızı çeynəməyə başlayıb.
Xatırladaq ki, B.Obama indiyədək 2014-cü ildə Pekində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Sammitində və həmin il Fransada müttəfiq qoşunlarının Normandiyaya çıxması ilə əlaqədar tədbirdə saqqız çeynəmişdi.
Milli.Az