Putin Obamanı hədələdi

26-01-2015, 18:08   
Putin Obamanı hədələdi
Moskvaya qarşı iqtisadi təzyiqlər sizin üçün dağıdıcı ola bilər
Rusiya Qərbə xəbərdarlıq göndərib

ANS PRESS-in məlumatına görə, xəbərdarlıqda bildirilir ki, əgər Ukraynaya görə, Rusiyaya qarşı növbəti iqtisadi təzyiqlər bunu edənlər üçün tamamilə dağıdıcı və ziyanlı ola bilər.

Bunu yanvarın 26-da Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ prezidenti Barak Obamanın bəyanatından sonra bildirib.

O deyib ki, Rusiyaya qarşı iqtisadi təzyiqləri artırmaq tamamilə zərərlidir, əsassızdır və uzaqgörən qərar deyil: "Bu cür qarayaxma Rusiyanı heç vaxt davamlı və bəlli siyasətindən dönməyə vadar edə bilməyəcək. Yaxşı olar ki, ABŞ ilə Avropa İttifaqı bu böhrana görə, Ukrayna hökumətinə təzyiq göstərsinlər".

Xatırladaq ki, Barak Obama söyləyib: "Vaşinqton Rusiyaya qarşı təzyiqləri artırmaq üçün hərbi hərəkətlərdən başqa, bütün variantları nəzərdən keçirir".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.