Ukrayna hadisələri Kliçkonun toyunu təxirə saldı

7-05-2014, 10:17   
Ukrayna hadisələri Kliçkonun toyunu təxirə saldı
Məşhur ukraynalı boksçu Vladimir Kliçkonun toyu təxirə düşüb. Buna Ukraynadakı hadisələr səbəb olub.

Qeyd edək ki, WBA, IBF və WBO versiyaları üzrə dünya çempionu amerikalı aktrisa Heyden Panetterlə nikaha girməyə hazırlaşırdı.

Cütlüyün tanışlığı 2009-cu ildə başlayıb. 2011-ci ilin mayında ayrılan cütlük 2012-ci ildə münasibətlərini yenidən bərpa edib. 2013-cü ilin oktyabrında isə boksçu ilə aktrisanın nişanlandığı məlum olub.

H.Panetter mətbuata verdiyi açıqlamada toyun təxirə salınmasına belə şərh verib: “Təbii ki, Ukraynada baş verənlər Kliçko ilə mənim planlarıma təsir edir. Ancaq eybi yox, bizim vaxtımız var”.

Qeyd edək ki, Kliçkonun böyük qardaşı, “UDAR” partiyasının lideri, 42 yaşlı Vitali 25 mayda keçiriləcək seçkilərdə Kiyev meri postuna namizədliyini irəli sürüb (publika.az).
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.