Benzində aldadan “zapravka”lar...

7-05-2014, 10:18   
Benzində aldadan “zapravka”lar...
“Paytaxtda yerləşən yanacaqdoldurma məntəqələrində istehlakçıların aldadılması ilə bağlı şikayətlər artıb”.

Bunu virtualaz.org saytına Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Hüquq müdafiəçisi bildiridi ki, Tiflis prospektindəki “İST Petrol” yanacaqdoldurma məntəqəsində maşına Aİ-92 benzini əvəzinə dizel yanacağı vurulub: “Nəticədə maşında nasazlıq yaranıb. Şikayətçi bir neçə təmir məntəqəsinə müraciət edəndən sonra maşına dizel yanacağı vurulduğu bəlli olub. Bununla da istehlakçıya 225 manat zərər dəyib. Şikayətçi təmirə xərclədiyi vəsaitin qəbzləriuni təqdim etsə də dəymiş zərər ödənilməyib. Üstəlik yanacaqdoldurma məntəqəsinin əməkdaşlarının kobud rəftarı ilə qarşılaşıb. Yalnız şikayətlərdən sonra benzin əvəzinə dizel yanacağının vurulduğu sübuta yetirilib və dəymiş zərər ödənilib”.

E.Hüseynov “LUKoil” yanacaqdoldurma məntəqələrindən də şikayətlər edildiyini söylədi: “Şikayətçilər iddia edirlər ki, “LUKoil”də ödədikləri pulun müqabilində yanacaq vurulmur, sürücülərə çek verilmir. Məsələn, Bakı-Sumqayıt yolu üstündə yerləşən (Beynəlxalq Avtovağzalla Ekologiya Postunun arasında) yanacaqdoldurma məntəqəsində ödənilmiş vəsaitə görə çek verilmir. Şikayətçilər bu məntəqədə də kobud rəftardan narazılıq edirlər”.

Təşkilat rəhbəri yanacaqdoldurma məntəqələri ilə bağlı daxil olan şikayətlər arasında benzinin keyfiyyəti, çek verilməməsi, sürücülərlə aqressiv davranılması ilə bağlı müraciətlərin çox olduğunu xatırlatdı.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.