Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Baş nazirin andiçməsində yenilik- Bibliyadan imtina

26-01-2015, 21:31   
Baş nazirin andiçməsində yenilik- Bibliyadan imtina
Yunanıstanda Radikal Solçu Qüvvələr Koalisiyasının (SİRİZA) lideri Aleksis Tsipras baş nazir kimi andiçmə mərasimində yenilik edib.


“Qafqazinfo” RİA novosti-yə istinadən xəbər verir ki, o, Bibliyaya and içməkdən imtina edib.

Bunun əvəzində Tsipras vətəndaş andı içib: “Cənab prezident, kostitusiya və Yunanıstan xalqının maraqları çərçivəsində hərəkət edəcəyimə söz verirəm”.

The Independent yazır ki, baş nazir ateistdir.

Qeyd edək ki, Yunanıstanda keçirilmiş parlament seçkilərində Radikal Solçu Qüvvələr Koalisiyası parlamentdə 149 yer əldə edib. Hökuməti təkbaşına formalaşdırmaq üçün SİRİZA-nın iki mandatı çatmayıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar