BMT Təhlükəsizlik Şurasından Rusiyaya çağırış

27-01-2015, 01:16   


BMT TŞ Ukraynanın şərqində vəziyyətin nizamlanması üçün siyasi səyləri ikiqat atırmağa səsləyib.

Axar.az xəbər verir ki, bunu BMT Baş katibinin siyasi məsələlər üzrə müavini Ceffri Feltman bildirib.

“Konfliktin sülh yolu ilə həllinə yönlənmiş müxtəlif diskussiyaların mürəkkəbliyini etiraf edirik. Lakin siyasi həllin axtarışı üzrə səylər təcili olaraq ikiqat artırılmalıdır”, - deyə Feltman BMT TŞ-nin iclasında bildirib.

O qeyd edib ki, Minsk razılaşması üzrə irəli addımlamaq üçün bütün tərəflər dərhal ədavətə son qoymalıdırlar:

“Bunun üçün Donbas separatçıları atəşkəs rejiminə riayət edəcəklərinə söz verməlidirlər”.

Unian.net saytının yazdığına görə, Şimali Atlantika Alyansında da Ukrayna-NATO görüşündə bu məsələ müzakirə edilib. NATO-dan bildirilib ki, bundan sonra Rusiyanın Ukraynaya qarşı təcavüzü dünya ictimaiyyəti tərəfindən adekvat cavab alacaq. İclasda həmçinin Rusiya terrorçu qruplaşmalarının Ukraynanın şərqində fəallığını artırması ilə əlaqədar sonrakı faliyyət planı da razılaşdırılıb. Müttəfiqlər bir daha Moskvanı terrorçulara maddi yardım etməyi, müasir ağır silahlar və insan resursları ilə dəstək göstərməyi dayandırmağa və danışıqlar masası ətrafına qayıtmağa səsləyib.

Xatırladaq ki, bu gün BMT TŞ-nın Ukrayna ilə bağlı növbədənkənar iclası keçirilib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.