Türkiyənin "TV NET” telekanalında türk araşdırmaçı və yazar Mustafa Armağan maraqlı bir faktı açıqlayıb. Belə ki, bu fakt zamanında Atatürk tərəfindən Leninə yazılmış məktubda öz əksini tapıb. Atatürk imzalı Leninə yazılan bir məktubun 1964-cü ilə qədər bir çox kitablarda gizli saxlandığı və ya həmin maddədə yazılanların göstərilməyərək verildiyi bildirilib.
Həmin məktub Türkiyə Böyük Millət Məclisinin Moskva sovet hökumətinə "birinci təklifnaməsi” adı ilə tanınır. Məktubda yazılmış təklifnamənin 2-ci maddəsində deyilir ki, "Bolşevik qüvvələri ingilis hərbi qüvvələrini çıxartmaq üzrə onlar əleyhinə hərəkata başlamasını təmin edərsə, Türkiyə hökuməti də imperialist erməni hökuməti üzərinə hərbi hərəkat icrasını və Azərbaycan hökumətini də bolşevik dövlətlər zümrəsinə daxil etməyi tahüd edər”
Tarixçi məktubun sonrakı səhifələrini oxuyaraq bu cümləni qeyd edib: "5 milyon rubl qarşılığında Türkiyə öz əli ilə Azərbaycanı Sovetlərə satıb”
Qeyd edək ki, Mustafa Armağanın açıqladığı fakt doğrudur və həmin sənəd Türk İnqilab Tarixi İnstitutu Arxivi 132/19543, sayfa 13-də yer almaqdadır. Bundan başqa Atatürk Araştırma Merkezi Başkanlığı, Atatürk’ün Tamim, Telgraf ve Beyannameleri, Türk Tarih Kurumu Basımevi, Ankara 1991, sayfa 318. mənbəsində də bu teleqraf mövcuddur.
Həmin teleqrafın orjinal mətni budur:
2- Bolşevik kuvvetleri Gürcistan üzerine askeri harekat yapar veyahut takip edeceği siyaset ve göstereceği tesir ve nüfusla Gürcistan’ın da Bolşevik ittifakına dahil olmasını ve içlerindeki İngiliz kuvvetlerini çıkarmak üzere, bunlar aleyhine harekata başlamasını temin ederse Türkiye Hükümeti de emperyalist Ermeni Hükümeti üzerine askeri harekat icrasını ve Azerbaycan Hükümetini de Bolşevik devletler zümresine ithal etmeyi taahhüt eyler. (Yəni, Azərbaycan hökumətini də bolşeviş dövlətlər qrupuna daxil etməyə söz verirəm).
Təəssüf ki, Mustafa Kamal Atatürk təkcə Ənvər və Nuru Paşaların dəstəyi ilə qurulan cümhuriyyətin yıxılması ilə kifayətlənmədi. Mustafa Kamal Paşa vəfat edənə qədər Azərbaycan Demokratik Cümhuriyyətinin qurucuları, xüsusilə Məmməd Əmin Rəsulzadə Türkiyədə "arzuolunmaz şəxs” elan olunmuşdular. Həmin iddia ilə bağlı vidogörüntünü təqdim edirik:[media=https://www.youtube.com/watch?v=dpApIo6WZ3A]