“Rusiyaya getməyin!”

7-05-2014, 10:25   
“Rusiyaya getməyin!”
ABŞ-ın dövlət katibi Kerri Avropa Birliyinin xarici siyasət üzrə ali komissarı Ketrin Eşton ilə Ukraynada gedən prosesləri müzakirə edib.

Kerri paytaxt Vaşinqtonda təşkil edilən mətbuat konfransında mayın 11-də Ukraynanın şərq bölgəsində Luqansk və Donetsk vilayətlərində keçirilməsi planlaşdırılan referendumun Ukraynanı daha da böləcəyini bildirib.

"Ukraynanı parçalayacaq qanunsuz addımları qəti şəkildə pisləyirik. Bu, Krımda oynanan ssenarinin təkrarıdır" - deyə Kerri sözlərinə əlavə edib.

Kerri daha sonra mayın 22-24-də Rusiyada keçiriləcək "St. Peterburq Beynəlxalq İqtisadi Formu"na amerikalı nümayəndələrin getməməsi xəbərdarlığını edib.

Obama rəhbərliyinin bu xəbərdarlığından sonra iştirakçılar siyahısında olanların bir çoxu səfərini ləğv edib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.