Şeyxə ismarıc - sələmçi Hacını dayandırın!

7-05-2014, 10:41   
Şeyxə ismarıc - sələmçi Hacını dayandırın!
“Bu şəxs sələmlə pul verdiyinə görə əhali arasında artıq Hacı Faiz adı ilə məşhurlaşıb”
İslam qayda-qanunlarına əsasən, sələmçilik haramdır. Üstəlik, belə bir işlə müqəddəs Kəbəni ziyarət edən, Hacı titulunu qazanan şəxs məşğul olursa bu İslam qanunlarına qarşı ən azı hörmətsizlikdir.

Şirvan şəhərində yerləşən ticarət mərkəzinin ticarətçiləri redaksiyamıza müraciət edərək fikirlərini Hacı Allahşükür Paşazadəyə çatdırmalarını xahiş ediblər.

“Hacı Səmədağa adlı şəxs illərdir ki, insanlara sələmə pul verib onları zəlil edib. Bu şəxsə sələmlə pul verdiyinə görə əhali arasında artıq Hacı Faiz adı ilə məşhurlaşıb. Bu şəxsin çox maraqlı iş üslubu var. Ticarət mərkəzində bir ağ stol qoyub. Hər gün səhər evindən bazara gələn Hacı Səmədağa başında araqçın, əlində qara portfel ağ stolun arxasında əyləşib sələmçiliklə məşğul olur. Dilindən müqəddəs yerləri ziyarət etməsi düşmür, hər sözünün əvvəlində ”hacı"yam deyib faizləri vaxtı-vaxtında ödənilməsini istəyir. Bazarda alver edən ticarətçilərin əksəriyyətinin ona borcu var. Alver edib pul qazanan ticarətçilər ancaq Hacının faizlərini verməyi düşünürlər.

Faizləri verə bilməyən şəxsin evini, əmlakını satdırır. Hacı Səmədağa çarəsiz insanlara sələmlə pulu öz yazdığı qanunlar çərçivəsində verir. Ondan 100 manat ya 1000 manat alanda hər günə 5 manat əlavə pul hesablayır. Tutaq ki, 1000 manat götürmüsənsə, ayın sonunda 150 manat ödəməlisən. Hər adama pul vermədiyi üçün Hacı Faizin maklerləri də var. Onların əli ilə pul götürəndə gündəlik 5 manat 10 manat olur. Sələm ayın sonunda 1000 manata qarşı 150 əvəzinə 300 manat olur"deyə, ticarətçilərdən biri söyləyib.

Redaksiyamıza Hacının iş stolunun arxasında əlində pul sayması əks olunan fotosu da təqdim edilib. Bildirilir ki, bu şəxs oğlunu da sələmçiliyə öyrədir və nahara gedəndə stolunda oğlu əyləşir. Hacının hesabına xoşbəxtliyini itirən insanlar Şeyxdən şəxsən məsələyə münasibət bildirməsini istəyirlər: “Qoy Şeyx həzrətləri desin görək sələmlə pul verən şəxsin Hacı adı daşıması nə dərəcədə doğrudur? Xahiş edirik Qazilər Şurasında bu məsələ araşdırılısın və ictimaiyyətə açıqlama verilsin. Eyni zamanda, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov Hacı Səmədağanın fəaliyyətinə qiymət versin. Deyilənə görə, onun hansısa bankla əlaqəsi var, bu məsələ araşdırılsın. Vergilər naziri Fazil Məmmədovun onun sələmçilikdən qazandığı pullardan nə qədər vergi ödəməsini açıqlasın”.

musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.